33 ton narkotik maddə – Aşkarlandı
İtaliya, Kolumbiya və Amerika Birləşmiş Ştatları polisi narkotik ticarətçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
Sözügedən ölkələrdə aparılan reydlər zamanı nə az, nə çox – düz 11 ton kokain aşkar olunub. Ümumilikdə 33 nəfər həbs olunub. Onların mafia qruplaşması ilə bağlılığının olduğu bildirilir.
İtaliyanın mafiya ilə mübarizə milli şöbəsinin rəhbəri Franko Roberti bildirib ki, kokainin böyük hissəsi Kolumbiyada müsadirə olunub. Məlum olub ki, dəstə narkotik vasitəni Kolumbiya cəngəllliklərində yaradılan 7 laboratoriyada yetişdirib. Narkotik maddələr tropik meyvələr olan konteynerlərdə Panama, Kosta-Rika və Dominikan respublikaları vasitəsilə Avropa və Amerika Birləşmiş Ştatlarına daşınıb.
Şəbəkənin nə vaxtdan işə başladığı məlum deyil. Amma bu dəqiqdir ki, narkotik alverçilərinin Avropa və Amerikada kifayət qədər bazarı olub. Bu işdə ən böyük rolu kolumbiyalılar oynayıb. Həbs olunan 33 nəfərdən 22-sinin kolumbiyalı olması da təsadüfi deyil. Hazırda cinayətkar şəbəkənin digər qolları da axtarılır.
ATV.az
Short URL: http://www.cumhuriyyet.net/?p=68773