Tanınmış müğənninin oğlu yol polisinin üstünə bıçaq çəkdi – BAKIDA İNSİDENT

26.08.2016 - 15:30

olay2Paytaxtda Azərbaycanın tanınmış müğənnilərindən birinin oğlu ilə DYP əməkdaşları arasında insident yaşanıb.

Bu barədə azxeber.com-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, Bakıda Səbail rayon ərazisində DYP əməkdaşı qaydanı pozan sürücünü saxlayıb. Qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa davaya keçiblər. Buna səbəblərdən biri də yol polisinin sürücü ilə kobud rəftarı və özündənrazılığı olub. Belə münasibət qarşısında sürücü bıçaq çıxarıb və nəticədə bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə gələn Post Patrul Xidmətinin (PPX) əməkdaşları sürücünü həbs edərək polis bölməsinə aparıblar.

Əldə edilən məlumata görə, polisə bıçaq çəkən sürücü Əli Mirəliyevin oğlu olub. O, polislərə kriminal aləmdə tanınmıış qanuni oğrularla dostluq münasibəti olduğunu və buna görə onların cəzalandırılacağını deyib.

Məsələ ilə bağlı Əli Mirəliyevin özü ilə də əlaqə saxlanılıb. Müğənni faktı təsdiqləyib və hazırda oğlunun azadlıqda olduğunu bildirib: “Bəli, belə bir hadisə olub və polislə oğlum arasında kiçik mübahisə düşüb. Oğlum artıq azadlıqdadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930