Bakı Dəmir Yol Vağzalının ətrafındakı mağazalar söküldü

26.08.2016 - 17:06

evlərin sökülməsiBakıda, Dəmir Yolu Vağzalının ətrafındakı meydanda uzun illərdir topdansatış fəaliyyəti göstərən mağazalar sökülüb. “Azərbaycan Dəmir yolları” QSC-nin balansında olan sahədə artıq yeni ticarət mərkəzinin tikintisinə də başlanılıb.

Sökülən mağaza sahiblərinə yeni tikilən ticarət mərkəzində yer veriləcəyi deyilsə də, bəzi sahibkarlar sənədlərinin olmamasını əsas gətirərək onlara yer verilməyəcəyindən narahatdırlar.

Yeni ticarət mərkəzini “Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında “Bina-Körpü” MMC inşa edir. Ancaq tikintiyə məsul şəxslərdən heç kimlə əlaqə saxlaya bilmədik. Onu dəqiqləşdirə bildik ki, bu vaxta qədər 20-dən çox mağaza sökülüb və bəzi mağaza sahibləri yaxınlıqdakı zirzəmilərdə müvəqqəti olaraq yerləşiblər.
“15-20 gündür ki, mağazalar sökülüb. Söküntü işləri buradakı mağazaların bir-birinə uyğun gəlmədiyinə görə aparılıb. Çünki hərəsi bir boydadır – biri hündür, biri alçaq idi. Yerində böyük ticarət mərkəzi tikiləcək”, – bunu virtualaz.org-a söküntü işlərinin getdiyi ərazidə arabaçı işləyən Eldar adlı şəxs bildirib.

Tikinti meydançasında yeni ticarət mərkəzinin özülünü qazmaqla məşğul olan buldozerçi isə bunları dedi: “Artıq yeni ticarət obyektinin özülü qazılır. Yaxın bir-iki ay ərzində ticarət mərkəzi tikilib təhvil veriləcək. Kimin ki, burada mağazası olub, ona da yəqin ki, yer veriləcək”.

Sökülən mağaza sahiblərindən biri – Rusiya ədviyyatlarının və müalicəvi otların satışı ilə məşğul olan Ravilin sözlərinə görə, mağaza sahiblərindən yalnız 5-6 nəfərin “kupça”sı var idi. Qalanlar həmin yeri icarəyə götürərək istifadə edirdilər. (Virtualaz)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74277

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930