Lənkəranskinin qətlində günahlandırılan Şakronun “oğru”ları döyüldü – İRƏVANDA
Ermənistan paytaxtı İrəvanda “oğru”lar arasında növbəti dəfə qalmaqal baş verib. Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, İrəvanda Koba Rustavski, Suro Avestisyan, Andranik Soqoyan və onun qohumu Artyom Kazaryan yerli “qanuni oğru”lar tərəfindən döyülüb. Onları döyən şəxslər arasında Axsaq Aratunyanın, Artyom Mikayelyan, Samo Arutunyan, Afo Xoçeyanın adları çəkilir.
Məlumata görə, erməni “oğru”lar bir-birlərini gürcü millətindən olan “oğru”lara yaltaqlanmaq və onların mənafeyini müdafiə etməkdə günahlandırıb. Döyülənlərin kriminal aləmin “xaç atası” olmağa iddialı, Rövşən Lənkəranskinin qətlində adı hallandırılan Şakro Molodoyun tərəfdarları olduğu da bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=75796