Əbülfəz Qarayevə ünvanlı ŞİKAYƏT
Göyçay rayonu Məlikkənd kənd sakini Əliyev İmran Paşa oğlu redaksiyamıza şikayət ərizəsi göndərib. Cumhuriyyet.az-ın elektron ünvanına göndərilən şikayətdə narazı vətəndaş yazır:
“Göyçay rayon Çaxırlı kənd mədəniyyət evində 10 il idi ki, metodist vəzifəsində işləyirdim.Heç bir əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən məni qanunsuz olaraq işdən çıxartdılar. Guya mən işə gəlməmişəm. Ancaq qeyd edim ki, Çaxırlı kənd mədəniyyət evində 4 nəfər adı işdə gedən olsa da, heç kəs işə gəlmir. Müdir Elza Xəlilova həftədə bir dəfə gəlib mədəniyyət evinə dəyib gedir.Digər adı işdə gedən Rəşad Qasımov və Afət xanım ümumiyyətlə mədəniyyət evinin yerini belə tanımırlar.Rəşad Qasımov toylarda müğənnilik edib küllü miqdarda pul qazanır ki, heç dövlətə də vergi ödəmir.Biz hər ay aldığımız maaşımızdan 20 manat Göyçay rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Sahib Şükürova veririk.Aylıq pulu bizdən Sahib Şükürovun müavini Nəriman Məlikov yığlr.Həttda nazirlikdən qonaq gələndə bütün maaşımızı Sahib Şükürova veririk.Çaxırlı kənd Mədəniyyət evinin təmiri üçün ayrılmış 3000 manat pulu Elza Xəlilova mənimsəmişdir ki, gəlin baxın mədəniyyət evi uçuq sökük yararsız gündədir.Sahib Şükürov rayonda gedən abadlıq işlərində məni fəhlə kimi işlətdi, iki aylıq maaşımı bu işə görə özü götürdü ki, abadlıq üçün pul xərcləmişəm.Göyçay rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Sahib Şükürovun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay rayonunda mədəniyyət işləri tamamilə iflic olub. Sahib Şükürov 07 avqust 2016-cı il tarixdə məni çağırıb bildirdi ki, öz ərizənlə işdən çıx.Səbəbini soruşduqda dedi ki, Çaxırlı kənd mədəniyyət evinin müdiri Elza Xəlilova ilə yola getmirsən həm də orta təhsilisən. Mən buna etiraz etdim ki, Elza Xəlilova özü də orta təhsillidir, həm də ona heç bir pisliyim dəyməyib”. (dia.az) Daha sonra əldə etdiyimiz məlumatda deyilir: “Sonra öyrəndim ki, Göyçay rayon Mədəniyət və Turizim İdarəsinin müdiri Sahib Şükürov məni 07 avqustda qəbul edib işdən öz ərizəmlə çıxmağı təklif etsədə sən demə 01 avqustda işdən çıxarılmağım barədə əmir imzalayıbmış. İyun-iyul aylarında işə gəlməməyimə dair akt tərtib edib Çaxırlı kənd Mədəniyyət evinin müdiri Elza Xəlilova, adı işdə gedən özləri isə iş yerlərini tanımayan Rəşad Qasımov, Afət adlı xanım və Çaxırlı bələdiyyəsinin sədri Orucəli Qəniyev həmin akta imza ediblər.Bunların bütün işləri belə saxtadır.Mən Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm, vətənimi, xalqımı sevən adamam.Nəin ki, Göyçay rayon Çaxırlı kəndində digər kəndlərdə yerləşən mədəniyyət evləri, klublar işləmir, adı işdə gedən özləri iş yerini tanımayan işçilərin maaşları Sahib Şükürov tərəfindən mənimsənilir, işçilərin əksəriyyəti orta təhsilidir.Mən bu qanunsuzluq və korrupsiya əmələri barədə artıq başda Prezident cənab İlham Əliyev olmaqla, Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə və digər orqanlara şikayət ərizələri ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm şikayətimdə yazdığım faktları gəlib yerində araşdırıb qanunu tədbirlər görəsiniz”.
Qarşı tərəfi də dinləməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=75799