Astara gömrüyündə kimlər “bazar” açıb? – VİDEO
Sosial şəbəkədə Astara Gömrük İdarəsində gömrük işçilərinin vətəndaşlarla kobud davranışları və qanunsuzluqla bağlı videogörüntüləri yayılıb.
Görüntünü paylaşanlar bildirirlər ki, gömrük işçiləri vətəndaşların üstünə qışqırır, yük və çantaları ilə pis davranılır. Həmçinin, idarədə intizam qaydaları gözlənilmir, uzun növbələr yaranır və idarənin içində “bazar” ab-havası hiss olunur.
Qaynarinfo.Az-ın əməkdaşı Astara Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə zəng edib. Astara Gömrük İdarəsinin şəhər telefonu bir neçə saatdır məşğul olduğundan əlaqə qura bilmədik. Dövlət Gömrük Komitəsində də telefona cavab verən olmadı.
Videonu təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=75889