Avropa Oyunlarının aqibəti necə olacaq?

20.09.2016 - 10:51

hikkiBu həftənin cümə günü Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müzakirələrin əsas mövzuları təşkilatın həbs edilmiş prezidenti Patrik Hikki və Avropa Oyunlarının sonrakı taleyi olacaq.

Məlum olduğu kimi, Hikki avqustun 17-də Rio-de-Janeyroda biletlərlə bağlı dələduzluqda şübhəli bilimərək saxlanılıb. Hazırda irlandiyalı məhkəmə qarşısında cavab verməyə hazırlaşır. Avqustun 29-da onun səlahiyyətləri sloveniyalı Yanez Koçiyançiçə verilib.

Hikkinin həbsi Avropa Oyunları ətrafında vəziyyəti daha da mürəkkəbləşdirib. İkincisi 2019-cu ildə keçirilməli olan bu Oyunların gələcəyi necə olacaq?

Hikki 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin əsas hərəkətverici qüvvəsi idi. Lakin nə o, nə də AOK Bakının davamçısını tapa bilmədilər. Müəyyən bir anda 2019-cu ilin Avropa Oyunlarını keçirmək üçün Rusiya təşəbbüs irəli sürsə də, bu ilin iyun ayında dopinq qalmaqalı üzündən Beynəlxalq Olimpiya Komitəsi şimal qonşumuza Avropa Oyunlarının keçirilməsini qadağan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76216

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930