Piyadanı vuraraq qaçan sürücü saxlanılıb

23.09.2016 - 12:44

qandal-qolda-2208117

Cəlilabad rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü, Cəlilabad rayonun Fərzili kənd sakini, 1987-ci il təvəllüdlü Anar Ümidvar oğlu Şükürov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə srağagün axşam saatlarında Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə qəzadan sonra hadisə yerindən qaçıb. Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. (apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76428

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930