Azərbaycanlı deputatlığa namizəd ermənini canlı efirdə necə döydü?

24.09.2016 - 10:33

img2200298-1

Gürcüstan televiziyasındakı olaya münasibət birmənalı deyil; ekspert: “Bu məsələdə etnik mənsubiyyətin hər hansı rolu yoxdur”

Gürcüstanda parlament seçkiləri öncəsi deputatlığa namizədlərin debatı zamanı insident yaşanıb. Hadisə Kvemo Kartli TV-nin studiyasında canlı yayım zamanı qeydə alınıb. Belə ki, azərbaycanlı namizəd Polad Xəlilovla Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının namizədi Qurqenaşvilinin dialoqu dava ilə nəticələnib. Namizədləri sakitləşdirmək cəhdi uğursuz alınıb. Onları ayırmaq üçün televiziya kanalının əməkdaşları və cangüdənlər işə qarışmalı olub.
Hadisənin əsas qəhrəmanlarından olan P.Xəlilov isə musavat.com-a danışıb. Onun sözlərinə görə, mübahisəyə səbəb çıxışın hansı dildə olması olub: “Yerli əhali məndən xahiş etmişdi ki, çıxışımı rusca edim. Çünki Marneulidəki seçicilərimin çoxu gürcücə bilmir. Efir başlayanda gürcücə danışdım və aparıcıya seçicilərimin istəyini çatdırdım. O da dedi ki, heç bir problem yoxdur, gürcülər də, azərbaycanlılar da rusca bilir, sərbəstsiniz. Rəqibim buna kəskin etiraz eləsə də aparıcı onu sakitləşdirdi. Daha sonra mən təmsil etdiyim siyasi blokun platformasından danışanda o dayanmadan mənə atmacalar atmağa başladı. Onun etikadan kənar hərəkətlərinə əlimdəki qələmlə cavab verdim. Sonra o mənə hücum etdi”.
Polad Xəlilov seçkiyə Sənayeçilərin Siyasi Blokundan qatılıb. Onunla efirdə əlbəyaxa olan Vepxiya Qurgenişvili isə 35 saylı Marneuli Seçki Dairəsində Demokratik Hərəkatı təmsil edir. Sentyabrın 21-də Kvemo Kartli TV-də keçirilən tok-şouda siyasi baxışları fərqli olan tərəflər öncə söz davasına başlayıb.
Image result for Gürcüstanda canlı efirdə
 
Polad Xəlilov deyir ki, onun təmsil etdiyi blokun Gürcüstanın Rusiya ilə yaxınlaşma siyasəti aparması demokratları qıcıqlandırır: “Qurgenişvili milliyyətcə ermənidir. Soyadından göründüyü kimi, onun babaları sonradan gürcü soyadını qəbul edib. Onun təmsil etdiyi blokun lideri Nino Burcanadzedir. Burcanadzenin heç zaman yerli azərbaycanlılara münasibəti isti olmayıb və bu gün də bu siyasət davam edir. Biz hakim ”Gürcü arzusu” blokuna müxalif deyilik. Blokumuzda əsasən iş adamları birləşir, biz Rusiya ilə ticarət münasibətlərinin genişlənməsinin tərəfdarıyıq. Hesab edirik ki, Rusiya ilə geniş əlaqələr yaradılmayana qədər vətəndaşların rifahını yüksəltmək mümkün olmayacaq. Mən bu haqda danışanda rəqibim tez-tez sözümü kəsir və replikaları ilə məni provokasiyaya çəkmək istəyirdi. Onun bir neçə sözünə cavab vermədim, ancaq sonda ona layiq olduğu cavabı verdim. Əgər mən susqun dayansaydım, seçici məni bağışlamazdı “.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri dörd ildə dəfə keçirilir. Bu il parlamentin yeni tərkibi 8 oktyabrda seçiləcək.
Image result for Gürcüstanda canlı efirdə
Bu olay ictimaiyyət və tanınmış ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanlıları təmsil edəcək bir namizədin canlı efirdə dözümsüz davranışı cəmiyyətdə tənqid olunub. Bundan başqa, onun canlı efirdə gürcü dilində danışmaması, mübahisədəki zəif mövqeyi də səslənən iradlar sırasında olub.
 
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, olaya qeyri-adi hadisə kimi yanaşmaq lazım deyil. Onun sözlərinə görə, siyasətçilər arasında bu tip qarşıdurmalar, əlbəyaxa dava-dalaş bir çox ölkələrdə müşahidə olunan haldır:
 
Image result for Şahin Cəfərli
“Parlamentarlar arasında bu cür olaylar daha tez-tez baş verir. Hətta siyasi mədəniyyətin inkişaf etdiyi demokratik ölkələrdə də bəzən opponentlərin yumruq davasına çıxdığını görürük. Ona görə də Gürcüstandakı hadisəni etnik zəmində qiymətləndirməyin, milli-mental səbəblərlə əlaqələndirməyin və azərbaycanlı namizədin dözümsüzlüyü, mədəni səviyyə problemi ilə izah etməyin əleyhinəyəm. Bu, yanlış yanaşma olar. Gürcüstanda bir çox problemlər və həmin problemlərə münasibətdə çox fərqli yanaşmalar var”. 
Müsahibimiz hesab edir ki, seçki kampaniyalarında adətən emosiyalar daha da qızışır. Onun dediyinə görə, bu yaxınlarda Zuqdidi rayonunun Kortsxeli kəndində “Gürcü Arzusu”nun namizədi ilə “Vahid Milli Hərəkat”ın namizədinin tərəfdarları arasında kütləvi dava baş verib. Aralarında ciddi gərginlik olan bu iki partiyanın namizədləri və tərəfdarları arasında başqa regionlarda da tez-tez qarşıdurma yaranır: “Bu məsələdə etnik mənsubiyyətin hər hansı rolu yoxdur. Konkret Polad Xəlilovun deputat seçilmək şansına gəldikdə, mən onun şansının elə də yüksək olmadığını düşünürəm. Bəlkə son hadisə soydaşlarımız arasında onun reytinqini qaldıracaq, bunu deyə bilmərəm, amma onun təmsil etdiyi siyasi qüvvə (Topadzenin bloku) Gürcüstanda xüsusi nüfuz sahibi deyil. Nino Burcanadzenin partiyası – ”Demokratik Hərəkat – Vahid Gürcüstan”ın namizədi Qurgenişvilinin də seçilmək şansının az olduğunu düşünürəm. Həmin dairədə mübarizə böyük ehtimalla hakimiyyətdəki “Gürcü Arzusu” və əsas müxalif qüvvə olan “Vahid Milli Hərəkat”ın namizədləri arasında gedəcək. Onu da qeyd edim ki, həm Polad Xəlilov, həm də Qurgenişvili Rusiyaya meylli siyasi qüvvələrin təmsilçiləridir. Bu amil də onların şansını azaldır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031