Sədərəkdəki yanğın söndürülüb – FOTO – YENİLƏNİB
Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub.
Bu barədə FHN-dən məlumat verilib.
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb. Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib.
Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=76544