Bakıda faciə: Sərxoş kişi körpüdən yıxılaraq öldü
Bakı şəhər sakini Xalid Zairov körpüdən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Cumhuriyyet.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı şəhər sakini Xalid Zairov sərxoş vəziyyətdə Xətai rayonunun Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=76567