“Günəşli” yatağında baş verən hadisənin təfərrüatı açıqlandı

26.09.2016 - 15:55

ef0edf31-4cf7-492a-bc74-fd2a15193cad_292“Azneft” İB “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı baş vermiş qaz təzahürünün təfərrüatı məlum olub.

Qaz təzahürü səhər təmir zamanı baş verib və açıq fontana çevrilib. Baş verə biləcək yanğının qarşısının alınması üçün dərhal özülün yanğınsöndürmə sistemi işə salınıb, özüldə istismarda olan digər quyular bağlanılıb, özülün kommunikasiya sistemi tam təcrid edilib, işçi heyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla digərləri “Nefteqaz-64” gəmisi vasitəsilə təxliyə olunub.

Eyni zamanda özülə kömək üçün 2 ədəd ixtisaslaşdırılmış VİXR tipli, “Nefteqaz” tipli və Şirvan tipli kran gəmiləri cəlb edilib.

“Azneft” İB-nin baş mütəxəssisləri və Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası hadisə yerindədirlər. Hazırda vəziyyət nəzarətə götürülüb, fontanın qarşısının alınması üçün tədbirlər görülür. Xəsarət alan yoxdur.(Report.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76792

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930