Azərbaycanlı “qanuni oğru”nun adamı həbsdən çıxdı

05.10.2016 - 11:58

260779Azərbaycanlı “qanuni oğru” Timur Sverdlovski ləqəbi ilə tanınan mərhum Timur Mirzəyevin və iri məbləğdə pul fırıldaqçılığında ittiham olunan Çelyabinskdəki adamı “baxanı” İlham Osmanov məhkəmə zalından azadlığa buraxılıb.

İstintaqın versiyasına görə, mərhum “qanuni oğru”nun 36 yaşlı əlaltısı 2015-ci il fevralın 17-də “Angel A” kafesində iki dostunun yanında yerli firmalardan birinin direktoru Yevgeni Poletskovdan 11,2 milyon rubl və onun arvadına məxsus avtomobili öz adına keçirilməsini tələb edib.

Poletskov reketlərlə görüşdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib, bundan sonra qruplaşma saxlanılıb. Əvvəlcə hər üç şəxsə zorakılıqla bağlı ittiham irəli sürülüb, amma məhkəmə prosesində bu əməl “özbaşınalıq” kimi tövsif edilib.

Nəticədə Çelyabinsk Mərkəzi rayon Məhkəməsi Osmanovu və onun iki dostunu 3 il sınaq müddəti ilə 3 il şərti azadlıqdan məhrum edib, onlar amnistiyaya düşdüklərindən cəzadan azad olunublar.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=77866

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31