NASA-dan yadplanetlilərlə bağlı şok xəbərdarlıq: “Onlar bizdən narazıdır və…” – Video

05.10.2016 - 12:23

2-43ABŞ-ın Hava uçuşu və Kosmik sahənin tədqiqatı üzrə Milli Agentliyi – NASA yadplanetlilərin mövcudluğunu bəyan edib.

Pulika.az xəbər verir ki, NASA-nın mətbuat katibi Triş Çamberson yadplanetli sivilizasiyaların mövcudluğunu etiraf edib.

“Waterford Whispers News” nəşrinə danışan agentlik rəsmisi hətta qeyd edib ki, NASA indi onlarla əlaqədədir…

“Boz” adlandırılanlar (yəni yadplanetlilər) bizim planeti min illərdir izləyirlər. Bəs siz nə düşünürsünüz? Olmaya dünyadakı qədim dövrə malik ehramları və bütün başqa nəhəng tikintiləri kim inşa edib? Məncə, hər şey aydın görünür”, – deyə NASA nümayəndəsi qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, ayın əks tərəfində, həmçinin bizim Günəş sistemimizdə onların bazası var: “Bir az əvvəl onlar Yupiterə yiyələniblər və onu əhatəyə alıblar. Yadplanetliləri əsasən mineral resursların çıxarılması maraqlandırır. Onlar yer sakinləri üçün təhlükə yaratmırlar”.

Çamberson xüsusi olaraq vurğulayıb ki, yadplanetlilər Yer sakinlərilə o qədər də ünsiyyətli deyillər. Onlar Yer sakinlərinin hərəkətlərindən şikayətlidirlər. Yadplanetlilər xüsusən Yer kürəsində nüvə silahından istifadədən narazıdır. Çünki bu, paralel kainatlara pis təsir edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=77875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31