Ramzan Kadırovun oğulları adam döydü – Video
Qaydasız döyüş növü üzrə keçirilən qran-pri WFCA turnirində Çeçenistan lideri Ramzan Kadırovun oğulları – 10 yaşlı Əhməd, 9 yaşlı Zəlimxan və 8 yaşlı Adəm Kadırov bütün yarışları udaraq qalib olublar.
Avropa.info xəbər verir ki, turnir Ramzan Kadırovun 40 illik yubileyi münasibəti ilə keçirilib. Əhməd Kadırov 33 kq çəki kateqoriyasında Dəmir Şevxujeyevi 14-cü saniyədə nokauta göndərib. Zəlimxan Kadırov 27 kq çəki kateqoriyasında Daniili Şalakla döyüşdə qalib gəlib. Adəm Kadırov isə 35 kq-da David Xalatovu məğlub edib.
Uşaq döyüşləri turnirin əsas mərhələsindən əvvəl nümayiş xarakteri daşıyıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=77893