Binəqədi icra başçısı və oğlunun cərimə və balları – 2800 manat – 48 bal

05.10.2016 - 15:35

img1511758Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobili ilə bağlı müxtəlif məlumatlar ictimaiyyətə məlumdur.

Bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılmışdı. Bundan əvvəl isə onun xidməti avtomobilində qanunsuz olaraq sayrışan işıqlar və səs siqnalı quraşdırılması barədə məlumat vermişdik.

Bu dəfə isə apardığımız araşdırmalar zamanı məlum olub ki, Xaləddin İsgəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin xeyli cəriməsi var. Lakin icra başçısı cərimələri ödəmir. Hazırda isə həmin avtomobillə bağlı DYP-nin sistemində 7 MMX protokol var. Ümumilikdə həmin cərimələrin məbləği 270 manat, 8 baldır.

Bundan əlavə, icra başçısı xidməti avtomobilinin oxşar nömrəsini şəxsi avtomobilinə vurub. Məlumata görə, 90 AA 812 dövlət nömrə nişanlı «Lexus-570» markalı avtomobili icra başçısının oğlu idarə edir. Hazırda həmin avtomobillə bağlı DYP-nin sistemində 29 MMX protokol var. Cərimələrin ümumi məbləği isə 2500 manatdan artıqdır. Xaləddin İsgəndərovun oğlunun törətdiyi qayda pozuntuları daha ağır olduğu üçün cərimə balları 40-ı ötüb. Beləliklə də, icra başçısının oğlunun sürücülük hüququndan məhrum edilməsi qaçılmazdır. Əgər buna ciddi yanaşılsa…

Məlumata görə, Xaləddin İsgəndərovun ailə maşınları arasında 99 AA 812 nömrəli daha bir bahalı avtomobil də var.(Avtosfer.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=77919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31