Qızını 8 il tövlədə saxlayan ata hansı deputatın qohumudur?

06.10.2016 - 12:51

milli_meclis_esasOlayda adı çəkilən məsələyə- ailənin deputat Əsabil Qasımovla qohuluğuna gəlincə, bu barədə açıqlama verən millət vəkili Əsabil Qasımovun köməkçisi Rauf Həşimov hadisəni “çox üzücü və ağılasığmayan” adlandırıb: 

“Amma məsələnin deputat Əsibi Qasımovla heç bir bağlılığı yoxdur. Yalan məlumat olar. Çünki dünən İmişli rayon İcra Hakimiyyətinə zəng edib, o atanın hansı kənddən olduğunu soruşdum. Mənə dedilər ki, ailə Cavadxanlı kəndindəndir. O kəndin Əsabil müəllimə aidiyyatı yoxdur və o kənddən seçilən deputat deyil. Yalan olar… 79 saylı Seçki Dairəsinin kəndləri başqadır.

Cavadxanlı kəndi isə 80 saylı Seçki Dairəsinə, yəni İmişli-Beyləqan ərazisinə daxildir. Mən özüm də o verilişə baxdım və ağladım ki, o uşağı nə günə salıblar. Amma onun Əsabil müəllimə aidiyyatı yoxdur. Kim deyirsə, yalandan deyir… Onun elə qohumu olsaydı, indidəyədək bir iş görərdi. Kimdirsə, yaxşı insana oxşamır. Görmürsünüz, deyir ki, uşağı kimdi otaran… Demək ki, o, ata deyil də, qansız adamdır. Hadisə baş verən kənd Cavadxanlıdır, Qaralar kəndinin buna dəxli yoxdur. Orada insaniyyət tapdanıb. Məhz bu məsələni şəxsən İmişli rayon İcra Hakimiyyətinin birinci müavini Səfa müəllimdən öyrəndim”.(Cebhe.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=78013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31