Sadə dildə banda adlandırılan cinayətkar qrup özünəməxsus aləmdir. Onun öz qanunları, qaydaları və ayinləri var. Bəziləri iyrəncliyi, digərləri isə həddən ziyadə qəddarlığı ilə seçilir.
Gəlin onların bəzilərinə nəzər salaq:
Ku-Kluks-Klan
Bu gizli cəmiyyət hər zaman qanundan kənar olub, hər zaman təqib edilib. Artıq ikinci əsrdir ki, klan üzvləri çirkin fəaliyyətini davam etdirərək qaradərililəri təqib edir, vaxtaşırı afroamerikalılara münasibətdə amansız cinayətlər törədir. Klanın daxili həyatı barədə məlumat bir o qədər çox deyil, lakin onun müdhiş mərasimlərindən biri bəllidir. Bu, xaçın yandırılmasıdır. Klan üzvləri üçün onun böyük rəmzi mənası var: cəzalandırıcı ildırım zərbəsi, odla paklaşma və dost olmayanları “Klan sağdır!” kimi qorxutma vasitəsidir. Lakin dindar xristianlar üçün yandırılmış xaç təhqir sayılır. Onlar bu ayin barədə dəhşət və nifrətlə danışırlar. Paradoksal olsa da, deyilənlərə əsasən, klan üzvləri arasında çoxlu sayda dindar var: onların oxşar ayini necə qəbul etdikləri müəmma olaraq qalır.
“Mara Salvatruça”
“Mara Salvatruça “, və ya MS-13-ün açılışı “Köçəri Salvador qarışqaları briqadası”dır. İlk zamanlar Salvadorda küçə qrupu kimi fəaliyyətə başlayan banda sonralar nüfuzunu hər iki Amerika qitəsinə yayıb. Tanıyanlar və bilənlər onu dünyanın ən qəddar quldur qruplarından biri adlandırır. Qrupa qəbul olmaq üçün yeni üzv köhnələrin gücünə tab gətirməlidir. “Qəbul prosesi”ndə iştirak etməyi arzulayan banda üzvləri kütlə şəklində namizədin üzərinə hücum edir və huşu itənə qədər döyürlər. Bundan sonra ağzından qan gələn şəxs banda üzvü sayılır. Təbii ki, əgər sağ qalarsa, belə ki, heç də hər kəs sağ qalmağa müvəffəq olmur. Bu ayindən bir üsulla yayınmaq olar. Bunun üçün quldurlar tərəfindən təqdim edilən tapança vasitəsilə küçədə qarşıya çıxan ilk insanı öldürmək lazımdır. Xüsusilə qəddar namizədlər əzab çəkməkdənsə başqasının ölümünü üstün tuturlar.
Canki fanki kidz
Cənubi Afrikanın “Canki fanki kidz” bandasında qəbul edilən inisiasiya ayini sadə və qəddardır. Banda üzvləri iki sıra düzülür və hər biri əlində dəyənək, dəmir armatur, kəmər və ya beyzbol taxtası tutur. Üzv olmaq istəyən şəxs bu sıra boyu hərəkət etməlidir. Bu zaman gələcək yoldaşları ona əllərindəki vasitələrlə zərbələr endirirlər. Əgər tam sıra üçün tərkib çatışmırsa, o zaman namizəd sadəcə iki dəqiqə banda üzvlərinin zərbələrinə tam gətirməli olur. Bandaya qəbul edilənlər əksər hallarda yeniyetmələr, onları vuranlar isə yetkin kişilər olur. Lakin bu hal heç bir tərəfi utandırmır.
Rəqəmlər
“Rəqəmlər” ABŞ həbsxana bandasıdır. Onlar üç müxtəlif budağa bölünür: 26, 27 və 28. Yəqin ki, onlara daxil olmağın yalnız həbsxanaya düşdükdən sonra mümkün olduğunu söyləmək artıq olar. “Rəqəmlər” üzvü olmaq istəyənə ilkin olaraq sual verilir. Əgər cavab sərt komissiyanı qane edərsə, bundan sonra başlıca ayin zamanı gəlib çatır. Üzv olmaq istəyən şəxs həbsxana mühafizəçisinə zərbə endirməli və etiraz etmədən qaçılmaz cəzanı çəkməlidir. Bu zaman səsini çıxarmamalıdır. İnilti səsi eşidilsə, tapşırıq icra edilməmiş sayılacaq. Bununla belə 27-ci bölmədə adətən tapşırıq qəlizləşdirilir: mühafizəçiyə sadəcə zərbə endirmək kifayət deyil, onu kustar üsulla hazırlanmış bıçaqla vurmaq lazımdır və bu halda da cəza zamanı səs çıxmamalıdır.
Triadalar
Çin cinayətkarlıq dünyasına daxil triadalar ənənələrinə olduqca ciddi yanaşır. Son zamanlar polis tərəfindən göstərilən təzyiq nəticəsində triadalar əvvəlki qəbul qaydalarından imtina etməli olub. Lakin triada ayinlərdən birinə sadiq olaraq qalır: qan içmə mərasimi. Doğrudur, bu ayin də dəyişikliyə məruz qalıb. Əvvəllər triadanın üzvü olmaq istəyən şəxsə öz qanı ilə cinayətkar qardaşlığın digər üzvlərinin qanının qarışdırıldığı qanlı mayeni içmək təklif edilirdi. Bu gün QİÇS ilə əlaqədar qarışdırılmış qandan istifadə edilmir, fincana yalnız yeni üzvün venalarındakı qan əlavə edilir.
Qan
“Qan” bandası ABŞ-da həbsxana bandası kimi fəaliyyətə başlayıb, lakin deyilənlərə görə, son illərdə nüfuzunu həbsxana hüdudlarından kənara yayıb. Şəxs bandaya daxil olmaq üçün banda üzvlərindən 013 rəqəmli şifrli məlumat aldıqdan sonra tanımadığı şəxsin üzünə bıçaqla xəsarət yetirməli və kəsiyin qanlı izi qalmalıdır. Həbsxanada da ayin demək olar ki, eynilik təşkil edir, lakin burada bandaya daxil olmaq istəyən şəxs mərasim zərbəsini endirmək üçün özü silah tapmalıdır. Bu, yataq parçası olan dəmir, kağız kəsmək üçün bıçaq, ülgüc, bir sözlə həbsxana sakininin əldə edə biləcəyi istənilən əşya ilə həyata keçirilə bilər.
Latino kralları
“Latino kralları” Çikaqoda fəaliyyətə başlasa da, bu gün nüfuzu ABŞ-ın yarı ərazisinə yayılıb. Onları ABŞ-ın ən təhlükəli bandalarından biri hesab edirlər. Terror qruplaşmaları ilə əlaqələri də mövcuddur, dəfələrlə şəxsi quldur ehtiyacları üçün hərbi anbarlardan oğurluqları ifşa olunub. “Latino kralları”nın üzvü olmaq istəyənlər rəqib “Qanqsterlərin şagirdləri” bandası üzvünü tapmalıdırlar. Rəqib bandanın üzvünü məxfi işıq şifri üzrə tanıyan “Latino kralları” onu elə avtomobildəcə atəş açaraq qətlə yetirirlər. Yalnız belə qətl ayinində iştirak etdikdən sonra “Latino kralları”na daxil olmağa namizəd bandanın fəaliyyətdə olan üzvlərinə məxsus imtiyazları əldə edir.
Yakudza
Məşhur Yaponiya yakudzasının ən şokedici ayini “yubitsume” və ya barmağın kəsilməsidir. Cinayətkar birliyin bir üzvünün digərinə qarşı təsadüfən və ya bilərəkdən törətdiyi doğru olmayan və layiqsiz hərəkəti adıçəkilən ayinlə yekunlaşır. Belə halda yubitsume həm cəzalandırma, həm də üzrxahlıq ayinidir. Bir səhvə görə, bir oynaq kəsilir (çeçələ barmağınıza fikir versəniz üç yerə bükülür). Yakudzalar sol çeçələ barmaqdan başlayırlar. Bir çeçələ barmaq üç münaqişəyə kifayət edir. Dördüncü dəfə digər yakudzanın xətrinə dəydikdə sağ çeçələ barmağına keçilir. Bir qayda olaraq iş çeçələ barmağı ilə bitir: belə dərslər uzun müddətə yaddan çıxmır.
Ari qardaşlığı
“Ari qardaşlığı” ABŞ-da ağ və qaradərili cinayətkarları ümumi həbsxanada yerləşdirdikdən sonra yaradılıb. Banda həbsxanadakı bütün cinayət növləri ilə məşğul olur: sifarişli qətllər, qanunsuz narkotik çatdırılması və s. Adından da göründüyü kimi “Ari qardaşlığı”na yalnız ağdərililər daxildir, öz irqlərini hamıdan üstün sayırlar. Federal Təhqiqatlar Bürosu ekspertlərinin fikrincə “Ari qardaşlığı” üzvləri ABŞ federal həbsxanalarındakı hər üçüncü qətlə görə məsuliyyət daşıyır. Halbuki qardaşlıq üzvləri həbsxanadakı məhbusların kiçik faizini təşkil edir. Qətl “Ari qardaşlığı”nın başlıca ixtisaslaşma sahəsi olduğundan qəbulolma ayini sadə olduğu qədər dəhşətlidir. Banda üzvü olmaq istəyən şəxs insan öldürməlidir. “Latino kralları”ndan fərqli olaraq “Ari qardaşlığı” namizədlər üçün məhdudiyyət qoymur. Öldürülən şəxs həbsxana əməkdaşı və ya təsadüfi məhbus ola bilər.
“Mak Boller Brimz”
Bu banda “Qan”ın rəqibidir, lakin daxilolma ayini daha sərtdir. “Makbollerlər” yeni üzvləri gənc yaşlarında cəlb etməyi üstün tuturlar. Təşkilatın belə üzvləri üçün “gənc qanqster” ləqəbi mövcuddur. Standart qəbul ayini üzv olmaq istəyənlərin banda üzvləri tərəfindən döyülməsindən ibarətdir. Lakin bu, yalnız başlanğıcdır. 14 yaşlı şəxsi (14 yaş bandaya qəbul üçün standart yaşdır) “iş görmə” qabiliyyətinə görə yoxlayırlar. İş müxtəlif ola bilər, lakin əksər hallarda qarət, döymə və hətta qətl törətməkdən ibarət olur.
Roto
“Roto” Cənubi Afrikadakı daha bir cinayətkar bandadır. Qəbul ayinlərinə həmkarlarından bir qədər fərqli yanaşır. “Roto” bossları qəbul olmaq istəyən şəxsləri zorakılıq törətməyə vadar etmək yerinə, cəsədin qəddarlıqla parçalanmasına tamaşa etməyə məcbur edirlər. İlk addımını atan quldurlara cinayəti əlləri ilə törətməkdənsə, qəddarlığa tamaşa etmək daha asan olur. Bununla belə prosedur mənasız qəddarlığı ilə dəhşətə gətirir. Cəsəd tikələrə parçalanır, ayaq və əllər kəsilir, daxili orqanlar çıxarılır, cəsəd təpiklənir və təhqirə məruz qalır. Onlar baş verənlərdə iştirak etməyə məcbur edilməsələr də, hər şeyi başdan sona qədər izləməli olurlar.
Tampliyerlər karteli