ABŞ Səddam Hüseyni bu dəhşətli silahla vurub – Şok

07.10.2016 - 10:36

1475821412ABŞ ordusu 2003-cü ildə İraqın işğalı zamanı təşkil etdiyi hava hücumlarında mülki vətəndaşlara qarşı zəiflədilmiş urandan istifadə edib.

Bu barədə Mərkəzləşmiş Regional Məlumat Mərkəzi (İRİN) məlumat yayıb.

Mərkəz  İraqın işğalı ilə bağlı Vaşinqton Universitetinə 2013-cü ildə verilən, ancaq bu günə qədər ictimaiyyətə açıqlanmayan məlumatların olduğu hesabatı əldə etdiyini açıqlayıb.

Həmin sənədlər araşdırılarkən 2003-cü ildə ABŞ-ın A-10 tipli reaktivlərdən istifadə etdiyi hücumlarda 1116 hədəfin zəiflədilmiş uran silahları ilə vurulduğu məlum olub.

Bu silahlar İraq xalqının sağlamlığına ciddi ziya vurub, xüsusilə xərçəng və qüsurlu körpələrin doğulmasına səbəb olub.

Hesabatda indiyə qədər bu barədə araşdırma aparılmadığı qeyd edilib.(Axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31