Qarabağda 2 erməni hərbçinin yaralanması gizlədilib

08.10.2016 - 13:52

1464868061_531475919998Oktyabrin 6-da Ermənistanın ordusunun işğal altında saxladığı Dağlıq Qarabağın şimalında dislokasiya olunan hərbi hissəsində iki hərbçi ayağından yaralanıb.

Bunu “Eqnikner” hərbi hissəsində xidmət edən əsgərlərdən birinin qohumu Lilit Qalstyan bildirib.

Onun sözlərinə görə, yaralananlardan biri Lorivilayətində anadan olan Sarqis Arutyunyandır.

“Mən “Eqnikner”dəki insidentdən xəbər tutmuşam. Bütün günü biz uşağa zəng etmişik, o da orada xidmət edir, ancaq həmin ərazidə şəbəkə olmsayıb. Mən kəşfiyyat idarəsinin rəisi ilə əlaqə saxlamışam, o da iki nəfərin yaralandığını bildirib. Onlar indi hospitaldadır, ancaq harada olduqlarını bilmirəm. Əsgərlər ayaqlarından yaralanıblar, bildiyimə görə, ağır yaralanıblar”, – Qalstyan deyib.

İşğalçı rejimin Qarabağdakı ordusunun mətbuat katibi Senor Asratyan isə bu məlumatları təkzib edib: “Belə hadisə baş versəydi, biz məlumat yayardıq”.

Göründüyü kimi, Qalstyan iki erməni hərbçinin harada, nə vaxt yaralanması barədə konkret fakt söyləsə də, rəsmilər bu xəbəri təkzib edirlər. Bu isə bir daha onu sübut edir ki, işğalçı rejim və onun Ermənistandakı havadarları hər daim itkilərini, yaralılarını gizlətməklə məşğuldur.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78256

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31