İŞİD-in azərbaycanlı əmiri həbs olundu

08.10.2016 - 13:59

_78108411_raqqa-flagİŞİD-in Qafqaz üzrə nümayəndəsi, Azərbaycan vətəndaşı olan Zaman Piriyev Türkiyənin Yalova vilayətində saxlanılıb.

Avropa.info xəbər verir ki, təxminən bir həftə öncə Türkiyəyə gələn Piriyev Yalovada keçirilən xüsusi əməliyyat zamanı polis tərəfindən saxlanılıb.

Onun İŞİD-in paytaxtı sayılan Suriyanın Raqqa şəhərindən gələn təşkilat üzvləri ilə görüşdüyü və Çiftlikköy qəsəbəsində bir evdə qaldığı bildirilir.

Türk mətbuatının yazdığına görə Türkiyədə genişmiqyaslı bombalı hücum planı hazırlayan Piriyev və digər İŞİD üzvləri Yalova polis idarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polisin Çiftlikköy qəsəbəsindəki evə basqını zamanı Piriyevlə birlikdə 5 İŞİD-çinin həbs olunduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=78260

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31