Londonda əmlak alan azərbaycanlılarla bağlı yoxlamalar başladı

08.10.2016 - 14:11

eldar1Britaniya paytaxtının meriyası Londondakı daşınmaz əmlakın xarici investorları ilə bağlı genişmiqyaslı yoxlamaların başlandığını elan edib. Bu barədə “The Guardian”a müsahibəsində şəhərin meri Sadiq Xan bildirib.  Onun sözlərinə görə, hakimiyyət yoxlama çərçivəsində onu dəqiqləşdirmək istəyir ki, xarici investorlar London mənzil bazarının formalaşmasında hansı rolu oynayırlar.

Azərbaycanın sabiq MTN rəhbəri Eldar Mahmudovun 35 milyona Londonda mülk sahibi olması barədə rəsmi xəbər yayılmışdı. Belə ki, sabiq nazir  korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.

Londonun Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta bütün Böyük Britaniyada ən yüksək sayılır.

london

Burada yaşayış sahələri deyəndə adətən nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur.

Eldar Mahmudovun belə bir yerdə olan malikanəsi onun Avropadakı varidatının az bir qismidir.

Sabiq MTN rəhbərinin Londondakı mülkləri ilə bağlı araşdırmalar da gözlənilir. Eldar Mahmudovun “vurulmasından” sonra yerli və xarici mediada onun Avropada on milyonlarla dəyəri olan mülkləri ilə bağlı xəbərlər yayılıb.(Gununsesi.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=78264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31