Gəlin gecə bəyi aldadıb pəncərədən qaçdı – ŞOK OLAY

09.10.2016 - 11:04

gelin3Heyvandarlıqla məşğul olan 76 yaşlı Hüseyn və 64 yaşlı Kezban 29 yaşlı oğulları Adəmə yaşadıqları yerdə uyğun qız tapa bilməyiblər. Başqa şəhərdə gəlin axtarışına başlayan ailə Kilisdə yaşayan suriyalı qızı bəyəniblər.
Gəlin, qardaşı və onun həyat yoldaşı Sivasa gəliblər. Onlar bəyin ailəsindən 12 min TL (təxminən 6380 manat) başlıq pulu alıblar. Daha sonra oradan gediblər. Gəlin isə ona alınan 17 min TL (təxminən 9000 manat) dəyərində qızılları götürərək evdən qaçıb. Zərərçəkmiş ailə polisə şikayıt edib.
8 uşaq atası olan ailənin başçısı Hüseyn heyvandarlıqla məşğul olduqları üçün yaşadıqları yerdə oğluna heç kimin qız vermədiyini bildirib. O, ifadəsində bunları deyib: “Toy xərcləri üçün bankdan 40 min TL (təxminən 21 min 270 manat) pul çıxartdım. 17 min TL-yə gəlinə qızıl aldıq, 12 min TL isə qardaşına başlıq pulu verdik. Qalan pul isə aradakı adamlar arasında bölüşdürüldü. Qardaşı və xanımı Kilisə qayıtdı, qız isə yanımızda qaldı. Gəlin gecə pəncərədən qaçdı. Dilini də başa düşmürdük, izlərini itirmişik. Polisə müraciət etməli olduq”.
Hadisə ilə bağlı polis hazırda axtarışları davam etdirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=78276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31