Şöbə müdirini avtomobil vurdu, vəziyyəti ağırdı – Gəncədə

10.10.2016 - 17:01

12queGəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub.

Hadisə oktyabrın 10-da günorta saatlarında şəhərdəki Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib.

“VAZ-2107” markalı avtomaşın həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Cahangirova Sevinc Aydın qızını vurub.

Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər.

Qeyd edək ki, S.Cahangirova Gəncə şəhər Dəmiryol Xəstəxanasının şöbə müdiridir.

Faktla bağlı araşdırma aparılır.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31