Metroda əxlaqsızlıq: “Onun əlinin bədənimə dəydiyini hiss edəndə…” – VİDEO

11.10.2016 - 10:56

rr“Onun əlinin bədənimə dəydiyini indi də hiss edəndə iyrənirəm, hirslənirəm”. 16 yaşlı Yuan Min bir neçə gün əvvəl metroda məruz qaldığı tərbiyəsizliyi xatırlayanda belə deyir. Yuan Min Çinin Quandun vilayətindəki Quançjou şəhərinin sakinidir. O, səhər saatlarında kollecə gedərkən həmişəki kimi, metroya minib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Min vaqonda oturub. Az sonra onun yanına gənc oğlan əyləşib. Əynində şort olan Min bir qədər keçəndən sonra yanındakı gəncin əli ilə onun baldırlarına toxunduğunu hiss edib. Yuan kənara çəkilib, amma oğlan əl çəkməyib. Səbr kasası daşan Min ayağa durub və əlindəki çanta ilə həmin əxlaqsız gənci vurmağa başlayıb. Vaqondakı sərnişinlər nə baş verdiyindən hali olanda tərbiyəsizi döyüblər.

Növbəti stansiyada əxlaqsız gənc polisə təhvil verilib.

Videonu izləmək üçün şəklə klikləyin:

Metroda əxlaqsızlıq etdi, döyüldü

 

Short URL: http://www.cumhuriyyet.net/?p=78517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31