Ay yadplanetlilər tərəfindən işğal olunub – Video

12.10.2016 - 10:02

261344Son zamanlar tez-tez belə suallar verilir: Niyə son 47 il ərzində heç kəs Aya yenidən uçmağa maraq göstərməyib? Çoxları bunu Ay səyahətinin dövlətlərə çox baha başa gəlməsi ilə əlaqələndirirlər. Hətta 1969-cu ildə Nil Armstrongla Apollon gəmisində Ay yolçuluğuna çıxan ABŞ belə, sonradan Ayın digər üzünü tədqiq etməyə maraq göstərməyib.

Amma son zamanlar Ay səyahətinin davam etdirilməməsini orada digər sivilizasiyaya aid varlıqların olması ilə əlaqələndirənlərin sayı artıb. Ən geniş yayılmış fikirlərdən biri də budur ki, Ayın sirli tərəfində qeyri-təbii mənşəli varlıqlar mövcuddur və onlar daim bizi izləyirlər. Aydakı qeyri-təbii varlıqların görüntüləri teleskoplar vasitəsilə hələ 60-cı illərdə müşahidə edilib. O görüntülərdə planetin üzərində çox yüksək sürətlə hərəkət edən qəribə kölgələr müəyyən edilib. Həmin videogörüntülərdən birini, hətta televiziya vasitəsilə də nümayiş etdiriblər. Görəsən, Ayın sakinləri ilə bağlı yazılanlar, Yerin peykinin digər üzünə yad planetlilərin ekspedisiya göndərdiyi və digər sivilizasiyadan olanlara məxsus hərbi bazaların orada yerləşdirildiyi doğrudurmu?

Alimlər hesab edirlər ki, Ayda kimlərsə yaşayır. Çünki orada başqa sivilizasiyalara aid kosmik gəmilər mövcuddur.

Bundan daha əvvəl isə Aya göndərilmiş ABŞ kosmik gəmilərinin əldə etdiyi görüntülərdə Ay səthində 1,5 milyard il əvvələ aid kosmik gəminin qalıqları və iki mumiyalanmış humanoidin cəsədləri var idi. O cəsədlərdən biri kişi, digəri isə qadın cinsinə aid idi. Aya yenidən kosmonavtların göndərilməməsi artıq onun başqa planet və sivilizasiyaya aid canlılar tərəfindən işğal olunması ilə bağlıdır. NASA səlahiyyətlilərindən biri deyib ki, “biz ayın o biri üzünü yalnız o bizə tərəf üzünü çevirəndə tədqiq edəcəyik”.

NASA Ay proqramını bağlayıb. Buna səbəb isə, Ayın bizdən əvvəl ora getməyə nail olmuş sakinləridir. Alimlər hesab edirlər ki, Ayda bizim təsəvvür etdiyimizdən kifayət qədər güclü qüvvələr mövcuddur. Təsadüfi deyil ki, qədim misirlilər Ay haqqında “o bizi izləyən nəhəng varlıqdır” deyirdilər. (sputnik.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78674

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31