Hollivud ulduzu canlı yayımda həbs edildi – Video

Generated by IJG JPEG Library
Boru xətti inşaatı sahəsində nümayiş edilən etiraz aksiyasına qoşulan Hollivud ulduzu, amerikalı aktrisa Şeylin Vudli Feysbukun canlı yayımında nəzarətə alınıb.
Nümayişi əvvəldən sona qədər yayımlamağı bacaran Hollivud ulduzunun çəkdiyi görüntülər qısa müddətdə sosial mediada yayılıb. Təqribən 20 dəqiqə davam edən videoda yüzlərlə nümayişçinin inşaat sahəsinə doğru irəlilədiyi, polislə qarşı-qarşıya gəldiyi, bir çox aktivistin həbs olunduğu və digər etirazçıların şüarlarını yerə atdığı əks olunub.
“Gödəkçəmdən tutdular və “davam edə bilməzsən” dedilər. Böyük silahları və dəyənəkləri var idi. Getməyimə də izn vermədilər”, – deyən Vudli nəzarətə alınma anından bəhs edib.
Vudlinin nəzarətə alınmasına həmin an 40 min, yayılan videoya isə 4 milyondan çox baxış sayı gəlib.
Polis aktrisanın həbs edilən 27 nəfər arasında olduğunu və məhkəməyə göndəriləcəyini açıqlayıb, meneceri isə onun artıq azadlığa buraxıldığını qeyd edib.
Qeyd edək ki, Kanada sərhədindəki neft boru xəttini yerli amerikalılar istəmir. “Stəndinq Rok Sioux” qəbiləsi ötən ay layihəyə qarşı nümayişlər təşkil etmişdi.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=78739