Beynəlxalq Banka 20 milyon atanın evinə polis basqını

13.10.2016 - 13:22

1476350294Sankt-Peterburq şəhərində yerləşən “Ermitaj” otelinin direktorunun evinə xüsusi təyinatlılar yeridilib.

Polis və xüsusi təyinatlılar “Ermitaj”ın baş direktoru Malik Babayevin evindən xeyli sənəd, habelə ev sahibinin notbukunu və disklər götürüblər.

Rəsmi adı “The Hermitage Hotel” adlanan otel Peterburqun mərkəzində, “Pravda” küçəsində yerləşir. Otel MBİK şirkəti tərəfindən tikilib.

Qeyd edək ki, MBİK 2013-cü ildə məşhur “Ermitaj” muzeyinin yaxınlığında yerləşən binanı restavrasiya edib və onun yerində 126 yerlik “Ermitaj” oteli açıb. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq da alıb. Şirkət Azərbaycan Beynəlxalq Bankından restavrasiya işləri üçün kredit götürüb və qaytarmayıb. Kreditin məbləği faizləriylə birgə 20 milyon dollara yaxındır.

Bir qədər əvvəl Sankt-Peterburqun Arbitraj məhkəməsi Azərbaycan Beynəlxalq Bankının “Ermitaj” otelinə qarşı qaldırdığı bir neçə iddianı, o cümlədən 20 milyon dolların tutulub banka verilməsini rədd edib.

Məlumata görə, “Ermitaj”ın mülkiyyətçisi olan şirkətlə bank arasında məhkəmə çəkişmələri bununla yekunlaşmır. Hələ baxılmalı olan bir neçə iddia da var. İddialardan birində bank otelin binasına həbs qoyulmasını tələb edirdi. Lakin məhkəmə iddianı təmin etməyib.(Lent.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78864

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31