Cinayətkar aləmin yeni lideri elan olundu – Nadir cinayət maddəsi

14.10.2016 - 11:24

261500“Qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) cinayət işi materiallarında barəsində “Rusiya cinayətkar aləminin lideri” ifadəsi işlədilən yeganə insandır. 

Bu, ölkədə tətbiq edilən nadir haldır. Bundan əlavə, FTX tərəfindən onun barəsində açılan cinayət işi maddəsi də nadir hallarda rast gəlinənlərdəndir. Belə ki, Şakro barəsində “cinayət iyerarxiyasında yüksək mövqe tutan şəxs tərəfindən cinayətkar birliyin təşkili” maddəsilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, Şakro aşağı ranqlı kriminal avtoritetlərin və “federal” cinayətkar aləmin sıravi iştirakçılarının fəaliyyətini koordinasiya edib, müstəqil fəaliyyət göstərən müxtəlif mütəşəkkil qruplar arasında sabit əlaqələr yaradıb, onlar üçün cinayət planları hazırlayıb, onlar arasında təsir dairələrini bölüşdürüb və gəlirləri paylaşmaqlarına kömək edib.

Məlumat üçün bildirək ki, Zaxari Kalaşov bu ilin iyul ayında Rusiya Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əmıliyyatla saxlanılıb. “Qanuni oğru”nun saxlanılmasının videogörüntüləri də mediaya ötürülüb.(AzNews.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79004

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31