22 yaşlı gənc Bakı metrosunda özünü relslərin üstünə atdı

14.10.2016 - 23:44

rrBakı metrosunda qatarların hərəkətində fasilə yaranıb. Cumhuriyyet.az APA-ya istinadən məlumatına görə, metronun “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin “Koroğlu” – “Həzi Aslanov” stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.
Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79095

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930