İntihar edən MTN polkovniki – Çovdarovun əlaltısı imiş…

15.10.2016 - 13:21

akif2015-ci ilin aprel ayında intihar edən MTN polkovnik-leytenantı Azər Əliyevin adı həbsdə olan general Akif Çovdarovun ittiham aktında hallanır.

Cinayət işinin materiallarında A.Əliyev “Çovdarovun adamı” kimi tanınıb. Hətta, A.Əliyev özünü Nərimanov rayonu, Həsənoğlu küçəsindəki yaşayış binasının 7-ci mərtəbəsindən atmasaydı, çox güman ki, cinayət işinə cəlb ediləcəkdi.

Çünki istintaq araşdırması zamanı bəlli olub ki, müstəntiq Azər Əliyev intihar etmədən bir müddət öncə Çovdarovun göstərişi ilə iş adamı İlqar Budaqovun ofisində qanunsuz axtarışlar aparıb. Bundan sonra isə onu həbslə hədələyərk külli miqdarda pul tələb edib.

A.Çovdarov istintaqa ifadəsində bu “axtarış”dan məlumatsız olduğunu deyib: “Azər Əliyev isə mənim bildiyim qədərilə məişət zəminində intihar edib”.

Qeyd edək ki, biznesmen İ.Budaqov Çovdarovun işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb.(Qafqazinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79157

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31