Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək -FOTO

17.10.2016 - 22:41

rrMoskva şəhər Qaqarin rayon məhkəməsində xarici markalı avtomobillə avtoxuliqanlıq edən şəxslərlə bağlı hökm oxunub. A24.az xəbər verir ki, “Lukoyl” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarova və Uskov adlı digər şəxsə 300 saatlıq icbari iş kəsilib.

Avtomobili idarə edən Abduvahab Məcidov adlı digər şəxsin üzərindən isə bütün ittihamlar götürülüb. Şirkətinin vitse-prezidentinin oğluna məxsus “Mercedes-Benz Gelandewagen” avtomobili isə həbsdən azad edilərək dövlət büdcəsinə təhvil verilib. Daha əvvəl dövlət ittihamçısı hadisə iştirakçılarının hər birinə 2 il 7 ay azadlıqdan məhrum edilmə cəzası istəmişdi.

Xatırladaq ki, bu il mayın 22-də Yol-patrul xidməti əməkdaşları yol hərəkəti qaydalarını pozan “Mercedes-Benz Gelandewagen” markalı avtomobili saxlamağa çalışıblar. Sürücü yüksək sürətlə hərəkət edərək, piyada üçün nəzərdə tutulmuş ərazidən keçib və bütün bunları “Periscope”la birbaşa yayımlayıb. Onlar birbaşa yayımda polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr də işlədiblər.

Qeyd edək ki, Azat Şamsuvarov 22 yaşlı erməni  Mara Baqdasaryanla Moskva küçələrində avtoşluq etməklə də məşhurlaşıb.

thumbnail_a8442cee37170caa5c3c15db469dac0f

Short URL: http://www.cumhuriyyet.net/?p=79344

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31