Bakı-Tbilisi qatarının təkərləri düşdü

18.10.2016 - 13:10

baki-tbilisi-qatari-yeni-1“Tbilisidən Bakı istiqamətinə gələn qatar Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov açıqlaması zamanı bildirib.

N.Əzməmmədovun sözlərin görə, baş verən hadisə nəticəsində vaqon aşmayıb.

“Qatar stansiyaya daxil olarkən sürətli olmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda isə hərəkət dayanmayıb. Bir yolla biz qatarların hərəkətini təmin edirik”, – deyə N.Əzməmədov əlavə edib.

Qurum sözçüsünün sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb, qrafikdə heç bir dəyişiklik baş verməyib: “Bakıya və Tbilisiyə gedən qatarlar vaxtında mənzil başına çatıb. 1-2 saatdan sonra ikinci yolu da açacağıq”.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=79434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31