Lənkəranskinin otelləri tapıldı – Foto

19.10.2016 - 11:20

1476860891İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb.

Polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.

Məlumata görə, “Covo dei Saraceni” oteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adı ilə tanınan Xamzat Qastamirovun xanımının, ikinci oteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib.

2014-cü ildə  İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən otellərdən başqa İtaliyada nəğd pulla aldığı  restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.

Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa verilmişdi.

Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var. Və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.

Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi. Başqa bir məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi “Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.(Lent.az)

axar-az1476860941otel2

Short URL: http://www.cumhuriyyet.net/?p=79542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31