Çovdarovun məhkəməsi davam etdirilir – Fotolar

19.10.2016 - 12:13
akif-covdarov-%c9%99sasBu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Musavat.com-un məhkəmə binası qarşısında olan müxbiri xəbər verir ki, məhkəmə prosesi saat 11:00-a təyin edilib.
Məhkəmə prosesi başlamasa da jurnalistlərin iştirak edib-etmiyəcəyi ilə bağlı dəqiq məlumat verilmir.
Prosesin qapalı keçirilməsi elan olunmayıb.
Təqdirləndirilən şəxslərin zərərçəkmişlərin vəkilləri hazırda məhkəmə zalındadır.
Xatırladaq ki, ötən proses rəxirə salınmışdı. Buna səbəb Akif Çovdarovun vəkili Kamandar Nəsibovun vəsatət qaldıraraq nə özünün, nə də müvəkkilinin cinayət işu materialları tam tanış ola bilmədiyini bildirmişdi.
Vəsatət təmin edilmiş, vəkilə 15 iş günü müddətinə vaxt verilmişdi. Lakin əldə etdiyimiz məlumata görə, bu gün də prosesin naş tutmayacağı gözlənilir. Səbəb yenə də Akif Çovdarov və vəkilinin cinayət işi materialları ilə tanış olmamasıdır.
Qeyd edək ki,  əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi  Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.
Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib.




Short URL: http://www.cumhuriyyet.net/?p=79552

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31