Baş redaktora qarşı yeni ittihamlar irəli sürüldü

19.10.2016 - 17:39

f6e94c06-0789-4af7-9933-6fda265086b2_mw1024_mh1024_sVəkili Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşüb.

Bu haqda məlumat verən vəkil Elçin Sadıqov deyib ki, Fikrət Fərəməzoğlu ilə əlavə dindirmə aparılıb:

“Ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə yeni məzmunlu absurd ittihamlar irəli sürüldü. İttiham kökündə onun söz azadlığı durur. İttihamlar əsasında ölkədə əxlaqsız yuvalar təşkil edilməsi barədə Fikrət İbişbəylinin yazıları durur. Obyekt sahibləri şikayət ediblər ki, Fikrət Fəraməzoğlunun yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir. Fikrət Fəraməzoğlu bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb”.

Vəkil deyib ki, ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur:

“Biz istintaq qarşısında Fikrət Fəraməzoğlunun obyekt işlədənlərlə görüşmədiyini sübut etmək üçün Fikrətin və onların mobil telefon lokalizasiyalarının, danışıqların ələ keçirilməsi, müvəkkilimin cibinə qoyulan pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olduğunun müəyyən edilməsi, Fikrətin tutulduğu ərazinin kamera lent yazılarının tələb edilməsi barədə vəsatət qaldırdıq”.

E.Sadıqov qeyd edib ki, işgəncə faktı ilə bağlı Baş Prokurorluğun əməkdaşalrı Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: DİN-in məlumatına görə, müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31