MTN toruna düşmüş sahibkarın maşınına kim qəsd edib? – Şok iddialar

20.10.2016 - 10:19

123quİş adamı Maqsud Mahmudovun maşınının şüşələrinin sındırılması barədə yeni məlumatlar əldə etmişik

İstintaqdakı mənbədən verilən özəl xəbərə görəsahibkar ona qarşı olan bu müəmmalı cinayətlə bağlı MTN çetesində kimlərdən şübhələndiyini açıqlayıb.

Məlumatda o da deyilir ki, iş adamı Maqsud Mahmudov MTN-də istintaq şöbəsinin müstəntiqi olmuş Cavid Quluzadənin adını da şübhələndiyi şəxslər arasında çəkib. M.Mahmudovun dedikləri istintaq tərəfindən nəzarətə götürülüb.

2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub.

Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar.

İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb! Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub.

Xatırladırıq ki, 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb.

İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar.

Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad adlı şəxsin adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb.

Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.

İş adamının məhkəmədə bu işlə bağlı hüquqları bərpa olunduqdan sonra maşınının şüşələrinin sındırılması nəzərləri MTN müstəntiqi və ümumilikdə bu çeteyə yönəldib.

Bildirək ki, Bakının Parlament prospekti 1 ünvanında bir neçə bahalı avtomobilin şüşəsi sındırılıb. Şüşələri sındırılan 4 maşından birinin sahibi bir müddət əvvəl mətbuatda “MTN çetesi” ilə bağlı açıqlamaları və videosu yayılan Maqsud adlı iş adamıdır.

Bu hadisə haqda ilk xəbəri usavat.com yazıb. Deyilir ki, əraziyə DİN rəsmilərinin və digər qurumların əməkdaşlarıda gəlib. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində(RPİ) araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci – oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M.Mahmudova məxsus obyekt və bahalı avtomobil MTN çetesinin üzvləri tərəfindən əlindən alınıb. E.Mahmudov vəzifədən çıxarılandan sonra M.Mahmudov Baş Prokurorluğa müraciət edib, məhkəməyə iddialar verib.(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31