Kriminal avtoritetin oğlu öldürüldü – Atasının nəzarət etdiyi ərazidə

20.10.2016 - 16:15

262101Rusiyada kriminal avtoritet Nikolay Troyanın oğlu Yevgeni Yudin öldürülüb.

Hadisə ötən həftəsonu Novouralskda baş verib. Məlumata görə, hadisə baş verən zaman 27 yaşlı Yudin 40 yaşlı tanışı və 2 qızla birlikdə 15-ci kilometrdə yerləşən mənzildə olublar. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. Bu zaman Yudinin tanışı ona bıçaq zərbəsi endirib. Zərbə avtoritetin oğlu üçün ölümcül olub və o, hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Qatilin axtarışları davam edir.

Yerli sakinlərin sözlərinə görə, cinayət baş verən mənzil bu zamana qədər də yalnız ölüm halları ilə yadda qalıb. Belə ki, Yudindən öncə burada 3 qətl törədilib.

Qeyd edək ki, Nikolay Troyan hazırda həbsdə olmasına baxmayaraq Novouralska “nəzarət edən” şəxs hesab olunur.(aznews.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79712

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31