Rus mafiya lideri, Lənkəranskinin ölüm hökmü…

21.10.2016 - 14:18

1477043815Qanuni oğru Şakro Molodoy (Zaxariya Kalaşov – red.) Rusiyadakı bütün cinayətkar qruplar arasında maliyyə vasitələrinin bölüşdürülməsinə nəzarət edib.

Bu barədə informasiya Kalaşovun cinayət işi ilə əlaqədar aparılan istintaq materiallarında yer alıb. Cinayət işi materiallarında Kalaşovun Rusiyadakı bütün cinayətkar qruplara rəhbərlərin təyin edilməsi məsələsinə nəzarət etdiyi də bildirilib.

Qeyd edək ki, Zaxariya Kalaşov Rusiya mafiyasının lideri hesab edilir. İndiyə qədər Rusiya rəsmilərindən heç kim onun belə bir mafiyanın nəinki lideri olması, heç bu mafiyanın mövcudluğu barədə də bir kəlmə də işlətməyib. Kalaşova cinayətkar qruplar arasında maliyyə vasitələrinin bölüşdürülməsi işində şəxsi maliyyəçisi Konstantin Manukyan kömək edib. O, hazırda rəsmi Moskva tərəfindən beynəlxalq axtarışa verilib.

Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürddür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin sonradan 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb. O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb.

Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930