Polad Ələmdar prokurorluğa çağırıldı
Türkiyənin məşhur aktyoru Polad Ələmdar prokurorluğa çağırılıb.
İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində prokurorluğa çağırılan Polad Ələmdar Ədalət Sarayında ifadə verib.
Poladın “Pana Film” şirkətinin “Qurdlar Vadisi Darbə” filmi üçün Patent İnstitutuna müraciət etməsinə görə prokurorluğa çağırıldığı deyilir.
Qeyd edək ki, “Pana Film” şirkətinin hərbi çevrilişə cəhddən əvvəl “Qurdlar Vadisi Darbə” filmini çəkmək üçün Patent İnstitutuna müraciət etməsi böyük təəccüb doğurub. İnstitutun xəbərdarlığından sonra film şirkəti haqqında cinayət işi açılıb.(Axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=79803