İŞİD-dən Mosulda dəhşətli qətliam – 284 ölü
İŞİD terrorçuları Mosul şəhərində 284 dinc sakini edam edib.
Öldürülənlərin əksəriyyəti kişilər olub. Edam edilənlər arasında uşaqlar da var. Silahlılar insanları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar.
CNN-in xəbərinə əsasən, məlumat, hələ ki, rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=79813