Ölüm ayağında olan qadını taksiyə mindirib Bakıya göndərdilər – VİDEO

22.10.2016 - 10:41

1477052264_1477049670_qqqqqqqBakıda yaşlı qadın küçə ortasında ölümcül vəziyyətdə tapılıb.

Bu barədə Teymur Həsənov adlı şəxs sosial şəbəkədə məlumat yayıb. Vətəndaş bildirib ki, yaşlı qadını Xaçmazdan Bakıya göndəriblər, amma onun yaxınlarını tapmaq mümkün deyil:

“20 yanvarda bir sürücü məndən xahiş etdi ki, bu yaşlı qadını Logman Klinikasına apar (özü şəhəri tanımırdı). Razılaşdım. Bu qoca nənəni bir təhər maşınıma mindirdik. Ehtiyat üçün sürücünün nömrəsini aldım. Yolda həmin klinikaya zəng etdim. Dedilər ki, bu gün işləmirik. Bu qoca nənəyə deyirəm ki, bəs ora işləmir, sizi hara aparım? Arvad danışa bilmir. Zorla xırıldaya – xırıldaya dedi ki, elə ora apar.

Nənənin telefonunu qurdalıyab bir nömrə tapdım. Zəng etdim. Bir kişi götürüb dedi ki, o arvadı tanımıram. O biri sürücünü yığdım. O da dedi ki, qardaş mən onu tanımıram, sadəcə Xaçmazda maşınıma mindiriblər. Nə isə getdim o klinikanı tapdım. Nənəni qucaqlayıb yerə düşürdüm. Arvad oturdu və başına adamlar toplaşdı.

Sənədlərinin arasından nömrə götürüb hansı xəstəxanada yatıbsa, ora zəng etdik. Dedilər o arvad hal-hazırda xərçəng xəstəliyindən xəstəxanada yatır.

Sonra 103-ə zəng elədim və 20 dəqiqə sonra gəlib çıxdılar. Amma nə xeyri? Həkim arvada yaxın durmadı… Yaşlı qocanı qucağımıza alıb özümüz maşına mindirdik”.(Baku.ws)

Short URL: http://www.cumhuriyyet.net/?p=79832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728