Dəhşətli zəlzələ yaxınlaşır: İstanbul dağılacaq, sunami dalğaları…

24.10.2016 - 13:14

zelzeleFransanın zəlzələlərin öyrənilməsi üzrə məşhur professoru Le Piçon İstanbulu böyük zəlzələnin gözlədiyini açıqlayıb.

Fransalı mütəxəssis İstanbulda zəlzələnin mütləq olacağını bildirib.

Onun sözlərinə görə, zəlzələnin gücü 7,6 bal gücündə ola bilər: “Biz uzun zamandır Mərmərə dənizində türk mütəxəssislərinin də iştirakı ilə araşdırmalar aparırıq. Böyük zəlzələ 1766-cı ildə olub. Ondan sonra yaxın gələcəkdə ikinci böyük zəlzələnin olacağı qaçılmazdır. Çünki 1766-cı ildəki zəlzələ Mərmərə layında qırılma nəticəsində baş vermişdi. Həmin vaxtdan bu günə qədər hər il bu lay 18 millimetr qırılır. 250 illik dövr ərzində bu 4,5 metr qırılma deməkdir. Qırılıma nə qədər çox olsa, zəlzələnin gücü də bir o qədər çox olacaq”.

Mütəxəssis bildirib ki, İstanbula böyük təsir edəcək zəlzələ iki dəfə ard-arda ola bilər.

“Bununla yanaşı, Mərmərədə torpaq laylarının qopması nəticəsində böyük sunami ola bilər”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79964

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728