33 yaşlı kişi damarlarını kəsdi – Bakı otelində intihar
Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.
Hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu “Premier Expo” hotelində qeydə alınıb.
Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.
Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.
O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.(report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79966