Aprel savaşında döyüşən gizir rüşvətlə tutulub

24.10.2016 - 15:22

mudafi%c9%99-nazirliyi2014-cü ildə Ağsunun Ləngəbiz kənd sakini, əsgər Valeh Abdullayev Müdafiə Nazirliyinin Qusarda yerləşən N saylı Hərbi Hissədə gizir Nazim Şeydayevlə cinayət əlaqəsinə girib.

Valehin atası Fəqan Abdullayev gizir Şeydayevə 500 manat rüşvət göndərib.

Məqsəd oğlunu nisbətən yüngül hərbi xidmət şəraitə köçürmək olub. Gizir Şeydayev həmin pulu mənimsəyib.

Lakin nə rüşvət verən, nə də alan məsuliyyətə cəlb edilib. Amma həmin cinayətdə iştirak etməyən və bu əməllərdən məlumatsız olan şəxs məsuliyyətə cəlb olunub.

Belə ki, Müdafiə Nazirliyinin Tərtərdə düşmənlə üzbəüz duran, aprel savaşının iştirakçısı gizir Siyasət Seyidov Babaseyid oğlu bu il oktyabrın 17-də həbs edilib. Hazırda iş Sumqayıt Hərbi Prokurorluğunun icraatındadır.

Sumqayıt Hərbi Prokurorluğunun istintaq materiallarında qeyd olunub ki, həbs olunan gizirin əleyhinə rüşvət verən V.Abdullayevin və N.Şeydayevin ifadələri var.

Gizir Seyidov isə ittihamla razılaşmır. O, verilən ifadələrin yalan olduğunu bildirib. Bu cinayət işi ilə bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.(24saat.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=79994

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728