“Kəsdiyi başı əlində fırladırmış” – Dəhşətli qətllin təfərrüatı

24.10.2016 - 16:43

bicaq_hubiystvo-14690269623Zərdab rayonu Yarməmmədbağı kəndində baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

23 yaşlı həyat yoldaşı Rüxsanə Astanovanı başını kəsərək öldürən Aqşin Astanov hadisəni qısqanclıq zəminində törədib.

Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edirmiş.

Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 az yaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.

Mərhumun qohumu Sahib Məcnunovun sözlərinə görə, kənd camaatı qadının başını həyat yoldaşının əlində görüb:

“Başı kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan harasa qaçıblar.  Sonra gəlib tutublar”.

Mərhumun anası Gülnarə Məcnunova A.Astanovun psixoloji problemlərinin olduğunu deyib:

“Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim”.

Qeyd edək ki, 33 yaşlı Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=80012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728