Deputat Moskvada iki erməninin qətlini sifariş edib – İDDİA

25.10.2016 - 14:26

unnamed1477390601Armen İsraelyan (Pelikan) Moskvada sifarişlə qətlə yetirilib. Bunu parlamentin bu gün keçirilən iclasında müxalifətçi deputat Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, İsraelyan iş adamı Samvel Aleksanyanın keçmişdə yaxın adamı kimi sonradan onun ağır cinayətləri barədə xəbərçi olub.

“O belə böyük cinayətkara qarşı şahid idi. Bu günlərdə Ermənistanın İstintaq Komitəsi işi onun verdiyi ifadələrə əsaslanaraq bağlayıb. Bu, mübahisəsiz bizim istintaq orqanlarının satqınlığını aşıq şəkildə göstərir”, – Paşinyan vurğulayıb.

Onun iddiasına görə, İsraelyanı muzdlu qatilin aradan götürdütü aydındır.

“Balıq” ləqəbli Armen İsraelyan və “Cücə” ləqəbli Eduard Nşanyan bazar günü Moskvada güllələniblər. Bu, Ermənistanda dərhal top hadisə kimi yayılıb.

Ona görə ki, Armen İsraelyanın Ermənistan parlamentinin deputatı Samvel Aleksanyanla köhnə haqq-hesabı olub. O, hətta iyun ayında qəzetlərə müsahibəsində deputatın onu mülkiyyətdən məhrum etdiyini, biznesini əlindən aldığını, onu girov götürərək anbarlardan birində saxladığını deyib.

“Qrapark” qəzetinin məlumatına görə, qətli snayper həyata keçirib. Öldürülənlərin hər ikisinin başında güllə yarası aşkarlanıb. Bu isə o deməkdir ki, qatil professionaldır və çox sakit şəkildə sifarişi yerinə yetirib.(modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=80118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728