Lotu Quliyə sui-qəsd – Vəkili danışdı

26.10.2016 - 14:12
lotu-quliİndiyədək Quli mənə zəhərlənməsi təhlükəsiylə bağlı məlumat verməyib. Düzdür, bəzən onun həyatına təhlükə olub, bir sıra təhdidlər barədə də eşitmişik. Ancaq konkret zəhərləməklə bağlı aramızda söhbət olmayıb.

Bunu açıqlamasında hazırda Qobustan həbsxanasında cəza çəkən kriminal aləmin tanınmış nümayəndəsi, Lotu Quli ləqəbli Nadir Səlifovun vəkili Təranə Əliyeva bildirib.

Vəkilin sözlərinə görə, o, bu gün həbsxanada Quli ilə yenidən görüşəcək və bu iddialar barədə ondan soruşacaq:

“Sözügedən yazıları axşam oxumuşam. İndi bir söz deyə bilmərəm. Bu gün onunla görüşəcəm və bu barədə soruşacağam”.

Xatırladaq ki, dünən virtualaz.org saytında Rövşən Lənkəranskinin İlqar adlı killerinin Lotu Quliyə sui-qəsd hazırlamasıyla bağlı material yayımlanıb. İddiaya görə, hadisələr 2009-cu ildə cərəyan edib. Məlumatda deyilir ki, Lotu Qulinin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını Rövşən Lənkəranskinin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb və o, Lotu Quli ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra Lotu Qulini həbsxanada öldürmək üçün inanılmış adam tapdığını Rövşən Lənkəranskiyə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Plan baş tutsaydı, Hikmət Muxtarov bunun müqabilində 500 min dollar alacaqdı. Amma plan baş tutmayıb, çox güman ki, Lotu Qulinin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.(Lent.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=80204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930