II Dünya müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada məzarı aşkarlandı

26.10.2016 - 16:14

d900550e008ead9d6413dd770b6e49daİkinci Dünya müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada dəfn yeri tapılıb.

Bu barədə APA-ya Respublika Veteranlar Təşkilatından məlumat verilib.

Bildirilib ki, Moldovada Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində itkin düşmüş hesab olunan azərbaycanlılardan 206 nəfərin kimliyi, təvəllüdü, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunub, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib.

Onların 223-cü milli atıcı diviziyanın üzvləri olduğu ehtimal edilir.

Qeyd edək ki, 223-cü milli atıcı diviziya 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər döyüş yolu keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=80221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728