18 il axtarışda olan azərbaycanlı həbsxanada tapıldı

26.10.2016 - 17:15

HəbsxanaRusiya hüquq-mühafizə orqanları 18 il axtarışda olan Azərbaycan vətəndaşını həbsxanada tapıblar.

1980-ci il təvəllüdlü azərbaycanlı beynəlxalq axtarışda olmasına baxmayaraq müxtəlif adlar altında Rusiyanın müxtəlif regionlarında yaşayıb və dəfələrlə həbsdə də olub.

Bu ilin martında Çerepovets şəhərinin polisləri avtomobil yandıran şəxsi həbs ediblər. İstintaq onun bu əməldə təqsirini sübuta yetirdiyi üçün həmin şəxsə 1 il 8 ay müddətinə həbs verilib. O, cəzasını çəkmək üçün Ustyujinsk rayonundakı 20 nömərli cəzaçəkmə müəssisənə gətirilib.

Lakin diqqətcil həbsxana gözətçiləri məhbusun əslində öz əsl adını gizlədməsindən şübhələniblər. Azərbaycana sorğu döndərilən zaman aydın olub ki, həmin şəxs 1998-ci ildə öz ordusunda hərbi xidmətdən yayınıb və Rusiyaya gəlib. Saxta adlarla uzun illər Rusiyada yaşayan azərbaycanlı hətta Moskvadakı səfirlikdən müxtəlif bəhanələrlə yeni pasport da ala bilib.

Rusiya tərəfi cəzasını çəkdikdən sonra azərbaycanlının vətəninə ekstradisiya olunacağını elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=80233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728